Deputat Mehriban Vəliyeva qəbul keçirdi

44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilən Mehriban Vəliyeva növbəti dəfə  ərazi üzrə vətəndaş qəbulu keçirib. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Qəbulda iştirak edən vətəndaşlar arasında 2 nəfəri şəhid ailəsi, 6 nəfəri qazi və onların ailə üzvləri olub. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər. Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləciyi bildirilib.

Qeyd edək ki, bu görüş deputat Mehriban Vəliyevanın oktyabr ayı üçün artıq ikinci vətəndaş qəbul idi. Bundan öncə də deputat  9 oktyabr tarixində dairə sakinləri ilə görüşmüşdü. Mehriban Vəliyevanın növbəti ay üçün vətəndaş qəbulu 7 noyabr tarixində YAP Sumqayıt şəhər təşkilatında  baş tutacaq.