Deputat Mehriban Vəliyeva Sumqayıtda qəbul keçirib

44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat seçilən Mehriban Vəliyeva noyabr ayı üçün nöbbəti vətəndaş qəbulunu keçirib.

Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləciyi seçicilərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, deputatın növbəti ay üçün vətəndaş qəbulu 9 və 25 dekabr tarixlərində YAP Sumqayıt şəhər təşkilatınının inzibati binasında keçiriləcək.