Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında Milli Məclisin deputatı Müşfiq Məmmədli 44 saylı Sumqayıt - Xızı seçki dairəsindən olan seçicilərini qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbula gələn vətəndaşlar müxtəlif mövzularda məşğulluq, sağlamlıq, sənədləşmə ilə bağlı müraciətlər ediblər.
Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılması üçün qeydiyyata alınıb.
Daha sonra M.Məmmədli Yeni Yaşma ərazisində fermer Sahil Muxtarovla görüşərək fermer təsərrüfatı ilə yaxından tanış olub, orada fəaliyyət göstərən şəxslərin qayğıları ilə maraqlanıb.