Deputat: “Növbəti dəmir yumruq daha amansız və dağıdıcı olacaq”

“Son günlərdə Ermənistan-Azərbaycan sərhəddində baş verən təxribat hadisələri onu bir daha sübut edir ki, İrəvan  bölgədə sülhün, sabitliyin, inkişafın deyil, gərginliyin davam etməsində və yenədə öz əvvəlki ampulasındakı kimi revanşist addımlar atmaqda maraqlıdır. Amma unudurlar ki, dəmir yumruq yerindədir, baş qaldıranın başını əzəcək”.

 Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam  Yusifov son günlərdə baş verən hadisələri şərh edərkən qeyd edib.

 Onun sözlərinə görə, deyəsən ermənilər 44 günlük müharibənin acı nəticələrindən lazımi nəticəni çıxarmayıblar. “Ermənilər birmənalı bilməlidirlər ki, hər revanşist hərəkətləri onlara baha başa gələcək”- o qeyd edib.
Deputat hesab edir ki, son günlərdə sərhəddə yaranan gərginliyin bir neçə səbəbi var: “Birincisi, Ermənistan daxilində yaranmış böhranlı ictimai-siyasi durumla bağlı olan məsələdir. Belə ki, hakimiyyət  sərhəddə  təxribata əl atıb vəziyyəti gərginləşdirmək daxili narazı auditoriyanın diqqəti yayındırmağa, cəmiyyətdə xof yartamağa çalışır. Baxın, əgər ölkədə vəziyyət gərginləşərsə Azərbaycan bundan istifadə edib,  Zəngəzuru ələ keçirə bilər?! Bu yolla müxalifəti hədəf seçib, onları zərərsizləşdirmək istəyir.

Digər tərəfdən də müxalifət  yaranmış vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışıb, Paşinyan hakimiyyətini nüfuzdan salmaq isətəyir. Müxalifət isə “görürsünüz, biz deyirdik ki. Bunlar satqındır. İndidə Zəngəzuru təhvil verir” kimi fikirlərlə kütləvi narazıçılığa nail olmaq istəyirlər. 

Növbəti bir səbəb isə Paşinyan yaramış vəziyyətdən faydalanaraq ordudakı müxalifəti zərərsizləşdirmək istəyir. Elə Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən çıxarılmasının əsas  səbəblərindən biri bu idi. Çünki Paşinyan yaxşı anlayır ki, orduda onun lazımi səviyyədə dəstəyi yoxdur. Yüksək rütbəli zabitlərin mütləq əksəriyyəti   hərbi cinayətkarlar Köçəryan və Sərkisyana bağlı adamlardır.  Təbii ki, burada digər amillər də mövcuddur. 
 Baş verən təxirbat hadisələrinin ikinci əsas amili isə xarici faktorlarla  bağlıdır. 
İlk növbədə baş verən təxribatlar müəyyən mənada Rusiyanın maraqlarına xidmət edir. Amma Moskva onu da anlayır ki,  davamlı təxribatlar onun marağına uyğun deyil. Çünki gərginliyin davam etməsi  həm Rusiyanın prosesdəki vasitəçilik, həm də sülhmərmalıların üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı missiyasına kölgə altına salır. Bu da nəticə etibarı ilə Kremlin imicinə zərbə vurur.

Növbəti bir amil isə bəzi region ölkələrinin və Avropa ölkələrinin bölgədə  gərginliyin davam etməsində və özlərini buradakı proseslərin iştirakçısına qoşmaq niyyəti ilə bağlıdır. Hansı ki, biz bunu 44 günlük müharibə və ondan sonrakı  dövrlərdə şahidi olmuşuq və olmaqdayıq. Həmin qüvvələr  özlərini sözdə Cənubi Qafqazda sabitliyin, sülhün tərəfdarı kimi  göstərməyə çalışsalar da əslində gərginliyin qalmasında maraqlıdırlar. Bu yolla onlar bölgədə maraqlarını təmin etməyə çalışırlar.

Növbəti bir amil isə bu günlərdə İstanbulda türkdilli dövlət başçılarının keçirilən Zirvə görüşünün nəticəsidir. Türkdilli dövlət başçılarının İstanbul sammitində  türk dünyasında əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyması ilə bağlı ciddi addımlar atması bəzi gücləri və dövlətləri ciddi narahat etməkdədir. Bu qüvvələrə türk dövlətlərinin bir araya gəlib, inteqrasiyasından əndişə keçirdiklərini açıq formada biruzə verməkdədirlər. Prosesə qısqanclıqla yanaşırlar. Bunu özlərinə təhlükə kimi görürlər. Lakin türkdilli dövlətlərin əməkdaşlığı heç bir ölkəyə qarşı deyil, əksinə Avrasiya məkanında sıx inteqrasiyana təkan verən amildir.  Hansı ki, bu əməkdaşlqıdan bu coğrafiyada  Qərbdən ta Uzaq Şərqədək bütün ölkələr faydalana bilər və  bu belədir də… Azərbaycanın isə bu əməkdaşlıqda mərkəz və ötürücü  rolu oynaması mühüm əhəmiyyət kəsb edir. Bunu Türkiyə Prezidenti Ərdoğan İstanbul sammitində dilə gətirdi. Bildirdi ki,  Xəzər üzərindən və Azərbaycan ilə  Naxçıvan arasında yaranacaq əlaqələr  ölkələr arasındə gələcək ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi və inkişaf etdirilməsində mühüm rola malik olacaq.  Zirvə görüşüdə Ərdoğanın  Azərbaycanın  Qarabağda zəfər çalması və Qarabağın simvoluna çevrilən Xarı bülbülün türk dünyasının zəfər müjdəçisi olması ifadəsi bir çoxlarını narahat etməkdədir.

Digər mühüm amillərdən biri də bəzi xarici qüvvələrin 44 günlük Vətən savaşından sonra  bölgədə yaratdığı yeni reallıqları həzm edə bilməməsi və onu gözdən salması, bölgədə dayanıqlı sülhün, sabitliyin, sıx əməkdaşlığın yaranmasında maraqlı olmayan güclərin pərdəarxası fəaliyyətinin nəticəsidir. Onlar Ermənistanda bir vasitə kimi istifadə edib sülh prosesini  pozmağa, ləngitməyə çalışırlar.

 Bax,  bu və digər faktorlar bölgədə gərginliyin yaranmasını şərtləndirən amillərdir. Bütün qüvvələr də Ermənistanın  destruktiv mövqeyindən istifadə etməklə buna nail olmaq istəyir.
Amma heç bir qüvvə buna nail ola bilməycək.  Azərbaycanın bölgədə  dayanıqlı sülh, sabitlik, sıx əməkdaşlıqla bağlı yaratdığı yeni geosiyasi vəziyyət  real həyata gerçəkləşəcək və biz yaxın gələcəkdə Buna şahidlik edəcəyik. Azərbaycanın bölgədə sülh, sabitliklə bağlı yaratdığı reallığın alternativi yoxdur.

Onu da qeyd edim ki, uduzan tərəf necə indiyə kimi Ermənistan olubsa, bundan sonra da yenə də Ermənistan və dünya erməniliyi olacaq.  Heç bir revanşizmə yol verilməycək. Hansı ki, cənab Ali Baş Komandan İlham Əliyev bunu dəfələrlə bəyan edib ki, baş qaldıran revaşnist qüvvənin başı yerindəcə əziləcək. Bunun üçün dəmir yumruq hər zaman hazır vəziyyətdədir. Təxribatlar davam edərsə, Azərbaycan  Ermənistan elə bir dərs verəcək ki, bunun acısı 44 günlük Vətən müharibəsinin nəticəsindəki acıdan daha dəhşətli olacaq. Növbəti dəmir yumruğun zərbəsi daha acımasız və dağıdıcı  olacaq. Odur ki, hələ nə qədər gec deyil, ermənilər ağıllarını başına yığıb, sakitcə  Azərbaycanın  təklif etdiyi sülh mesajına real əməlləri ilə cavab versinlər. Onsuz da buna məcburdurlar. Bu zaman məsələsidir. Ancaq hər keçən gün Ermənistanın ziyanına işləyir”.