Deputat qəbul keçirdi

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında deputat Müşfiq Məmmədli 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin seçiciləri ilə qəbul keçirib.

Qəbula gələn vətəndaşlar müxtəlif mövzularda məşğulluq, sağlamlıq, təhsil, kommunal ilə bağlı müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılması üçün qeydiyyata alınıb.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı