Fevralın 12-də Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik. Sakinlərin müraciətləri əsasən sosial rifah, məşğulluq, infrastrukturun yenilənməsi, su və qaz təchizatı ilə bağlı idi.
Hər bir vətəndaşı diqqətlə dinlədik, onların qaldırdığı məsələlərin operativ həlli üçün dərhal müvafiq addımlar atdıq. Yerində həlli mümkün olan problemlər aradan qaldırıldı, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürüldü.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
![](/uploads/img/posts/2025/02/12/FB_IMG_1739383353051jpg-1739383434.jpg)
![](/uploads/img/posts/2025/02/12/FB_IMG_1739383344560jpg-1739383440.jpg)