Deputat qəbul keçirdi, şəhid ailəsinə baş çəkdi

Şabran rayonunun Gəndov kəndində seçicilərlə növbəti vətəndaş qəbulu keçirdik.

 Görüş zamanı sakinlər, əsasən sosial problemlər, məşğulluq, kənd yollarının təmiri, su və qaz təchizatı kimi gündəlik həyat üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı müraciətlər ünvanladılar. 

 Səlahiyyətlərimiz çərçivəsində həlli mümkün olan məsələlərin bir qismini yerindəcə aradan qaldırdıq. Digər müraciətləri isə aidiyyəti qurumlara yönləndirərək həlli prosesini nəzarətdə saxlayacağımızı vurğuladıq. 

Bundan əlavə, şəhid, baş gizir Füzuli Salahovun anası Sevda Salahovanı evində ziyarət edib, qayğı və ehtiyacları ilə yaxından maraqlandıq.

Mahir Süleymanlı

Milli Məclisin dəputatı