Deputat seçiciləri adından hökumətə təşəkkür etdi

Hörmətli Xanım Sədr.Hörmətli  Baş nazir və hökumət üzvləri.Hörmətli millət vəkilləri.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından və möhtəşəm qələbəsindən sonrakı iqtisadi inkişafı və hər il dövlət büdcəsindəki artımlar, ölkə Prezidentinin nə qədər ugurlu iqtisadi siyasət yürütdüyünün parlaq sübutudur.Cox diqqətəlayiq bir haldır ki,dövlət büdcəsinə yönələn vəsaitlərin artımında  qeyri-neft sektorunun rolu xeyli artmışdır.

Büdcə xərclərində səhiyyə xərclərinin(2 mlrd azn dən cox) payı 4,9 % olması və kecən ilə nəzərən 30,7 mln azn cox olması siyasətin sosial dövlət istiqamətində davam etməsini göstərir.

İcmal büdcəyə nəzər yetirərkən İTSF-in xərclər büdcəsinin 1.976 mln azn(fondun gəlirləri)+645.5 mln azn (fondun istifadə olunmamış qalıgı)=2.6621.5 azn olması həm effektivlik və qənaətin ön planda olmasının göstəricisidir.

Səhiyyə xərclərinin artım dinamikasına nəzər yetirərkən bu artımın son 10 ildə dayanıqlı hal aldığını müşahidə edirik.780 mln  Azn səhiyyə büdcəsinin hal hazırda icmal büdcə nəzərə alınmaqla 4 mlrd-a yaxınlaşması ölkə rəhbərinin vətəndaşlarının sağlamlığına verdiyi önəmin göstəricisidir.
Ayrılan vəsaitlər səhiyyə sisteminin modernləşməsində və yeni-yeni uğurların qazanılmasında təzahür edir.Belə ki Qafqazda ilk dəfə meyit donordan ürək transplantasiyasının həyata kecirilməsi regionlarda Təbib tabeli müəssisələrdə ilkin səhiyyə sisteminin yenidənqurulması istiqamətində pilot

layihənin həyata kecirilməsindəki uğurları misal göstərmək olar.
Bununla birlikdə büdcə vəsaitlərindən səmərəli və effektiv istifadə baxımından bəzi fikir və mülahizələrimi bildirmək istəyirəm;

1.    Ölkə üzrə bütün səhiyyə sistemində vahid yanaşma tətbiq edərək həm ştat cәdvәllərinin həm də əməyin ödənilməsinin sadələşdirilmiş və optimallaşdırılmış modelinin yaradılması. 
2.    Yerli səhiyyə qurumları olan PHŞ-lərdə  tələb olunan tibbi xidmətlərin cərcivəsini genişləndirməklə əhaliyə göstərilən tibbi yardımın ceşidini keyfiyyətini və əlcatanlıgını artırmaqla İTSF-in izafi xərclərinin qarşısının alınması.
3.    Səhiyyə nazirliyinin tabeliyində olan Elmi-tədqiqat institutlarının modernizasiyası və xidmət ceşidlərini artırmaqla regionlarda da fəaliyyətin artırılması.
4.    İcbari sığorta vəsaitlərindən istifadə zamanı iqtisadi cəhətdən əsaslandırılma və rəqabət məcəlləsinin müddəaları nəzərə alınmalıdır.
5.    Rəqəmsallaşma və daha inkişaf etmiş informasiya texnologiyaları tətbiq eməklə səhiyyə idarəciliyində modern korporativ modellərin tətbiqi
6.    Bu sahədə dövlət müəssisə və təsərrüfat subyektlərinin yeni korporativ idarəetmə modellərinin Azərbaycan İnvestisiya Holdinqinin xüsusən də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin(AZCON) uğur modeli digər sahələrdə də tətbiq oluna bilər.Cünki süni intellekt və kibertəhlükəsizlik Cənab PREZİDENT tərəfindən müəyyənləşdirilmiş gələcək strateji hədəflərdir.
Bu sahələrdə dövlətimizin ayırdığı böyük vəsaitlər hesabına dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış gənclər hərəkətverici qüvvə olacaqdır.

Mənə yaradılan şəraitdən istifadə edərək Quba dövlət sərhəddi,Cici-Təngəaltı avtomobil yolunun yenidənqurulması ücün vəsaitin ayrılması və işlərə başlanılması münasibətilə secicilərimizin adından Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli xanım sədr.

Büdcə müzakirələrinin keçirilməsində acıq və demokratik mühit yaratdığınız görə Sizə təşəkkür edirəm.

Hörmətli Xanım Sədr.Hörmətli həmkarlar.

2026 cı ilin büdcə layihəsi mükəmməl hazırlanmışdır və lehinə səs verəcəyəm.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı