17 oktyabr 2021-ci il tarixində İsmayıllı rayonunun Quşencə kəndindən olan şəhid Taleh Qənbərlinin ad günü məzarı yanında qeyd olunub. Mərasimdə millət vəkili Novruz Aslanov, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq mühafizə orqanının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Çıxış edən millət vəkili Novruz Aslanov şəhidin ailəsinə başsağlığı verib, sonra çıxışında şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. Dövlətin şəhid və qazilərimizə göstərdiyi diqqətdən və onlara verilən dəstək barədə məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxışında Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuzun torpaqlarımızı düşməndən işğalından azad etdiyini qeyd etmişdir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Taleh Qənbərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Daha sonra Novruz Aslanov daha iki şəhidin il mərasimində iştirak etmiş, şəhid ailələri ilə görüşmüşdü. Şəhid ailələri artıq ənənəyə çevrilmiş şəhidlərin il mərasimində birgə iştirak edirlər. Belə mərasimlərə rahat gedərək iştirak etmələri üçün deputat onlara avtomobil ayırmışdı.