Deputat Şirvan Olimpiya Kompleksində

Bir ay bundan əvvl Şirvan Olimpiya Kompleksində oldum. Məşqçilərlə, balaca idmançılarla, valideynlərlə görüşdüm. Kompleksdəki şəraitdə bəzi çatışmamazlığa bayaraq görüşdən çox böyük zövq aldım. Lakin kompleksin olimpiya standartlarına uyğun 50 metrlik üzgüçülük hovuzundakı vəziyyət məni çox məyus etdi. Hovus yarı boş vəziyyətdə, çirkli , istifazəsiz vəziyyətdə. Məlumat üçün deyim ki, Ölkə başçısı cənab İlham Əliyevin birbaşa təşəbbüsü ilə ərsəyə gələn 56 Olimpiya Kompleksinin cəmi 3 və ya 4 də bu ölçülü üzgüçülük hovuzu mövcuddur. Bu o deməkdir ki, bu kompleks həm də olimpiya cempionlarınin yetişməsinə hesablanıb. Mənzərə isə bunun əksini deyirdi. Mən başa düşürəm Kovidlə bağlı müəyyən məhdudiyyətlər kompleksin işinə birbaşa təsir göstərib. Bəs bu gün necə? Bəs post kovid dövründə niyə üzgüçülük hovuzu işləmir? Niyə insanlar idmanla məşğul olaraq öz səhhətlərini qorumaqla yanaşı, gənclər arasında xəstəlik kimi yayılmış pis vərdişlərdən uzaq olmaq istəmirlər? Səbəblər çoxdur. Bir səbəb də o oldu ki, Azərsu su verilişini dayandırıb və qeyri-qanuni istifadəyə görə kompleksi cərimə edib.

Azərsunun rəhbərliyi ilə əlaqə saxladım. Gənclərlə bağlı, idmanla bağlı sözümüzü, istəklərimizi qarşılayaraq su verilişi bərpa olundu. Buna görə Azərsunun rəhbəri Köçərli Həsənova təşəkkürümü bildirirəm.

28 oktyabr tarixdə növbəti dəfə Kompleksdə oldum. Artıq üzgüçülük hövuzunda yeni bir mənzərə var idi. Düzdür bəzi çatışmamazlığa baxmayaraq artıq hövuz təmizlənmiş, yenidən doldurilmuşdur və təmizləyici sistem də normal qaydada işləyirdi.

Qocaman üzgüçü, üzgüçülük üzrə SSRİ idman ustası Poladxan müəllimlə görüşdən çox məmnun oldum. Kompleksdə çalışdığı dövrdə yetirmələrindən, görülən işlərdən həvəslə söhbət açdı, son illlərdəki işlərdən isə bir az gileyləndi, bir az da təəssüfləndi.Göstərilən dəstəyə görə təşəkkür də etdi.

Hesab edirəm ki, artıq bundan sonra insanlarımız üzgüçülük hovuzundan tam yararlanacaqlar.

P.S. Bir neçə gündən sonra Şirvan Olimpiya Kompleksində yenidən olacam.

İltizam Yusifov
Milli Məclisinin deputatı