Deputat Sultanbud kurqanı ətrafında tikinti işlərini dayandırmağa çağırdı

"Ağdamda yerləşən Sultanbud kurqanının vəziyyəti narahatlıq doğurur".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, bu kurqan Cənubi Qafqazın ən qədim abidələrindəndir: "Kurqanın vəziyyəti araşdırılmalıdır. Abidənin ətrafında tikinti işləri aparılır. Buradan yerli qurumlara səslənirəm ki, dərhal tikinti işlərini dayandırsınlar".