Deputat tıxacdan çıxış yolunu göstərir: "...pulsuz olsun"

"Məktəblilər və müəllimlər üçün ictimai nəqliyyat ödənşsiz olsun".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bugünkü plenar iclasında deyib.

Deputat hesab edir ki, şəhərdə olan tıxaclar daha çox məktəbətrafı ərazilərdə baş verir: "Buna səbəb isə odur ki, hər evdən bir maşın uşağını məktəbə aparmaq üçün çıxır. Lakin ictimai nəqliyyat məktəblilər və müəllimlər üçün ödənişsiz olsa, tıxacın qarşısını almaq olar”.