Deputat və başçı yaralı hərbiçilərimizə baş çəkib

Bu gün Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla birlikdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə olunan hərbiçilərimizlə görüşmüşdür. Görüşdə deputat hərbi qulluqçularımızın səhhəti və qayğıları ilə maraqlanıb, onlara tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.