Deputat velosipedinə görə polisə müraciət elədi

Milli Məclisin deputatından oğurluq olub. Oxu.az xəbər verir ki, hadisə deputat Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb. Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb. E.Mirbəşiroğlu açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb: “Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”. Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.