Deputat yazdı, vətəndaş şikayət etdi, icra hakimiyyəti cavablandırdı

Milli Məclisin deputatı Sadiq Qurbanov sosial şəbəkədə paylaşım edib. Paylaşıma rəy yazan sosial şəbəkə istifadəçisi problemini dilə gətirib: "Salam Sadiq müəllim Siyəzən rayonu Yenikənd bələdiyyəsinə məxsus torpaqları ekoloji məruz edirlər Mehman Əhmədov adlı şəxs tərəfindən.Rayon icra hakimiyyəti isə susur".

Vətəndaşın qaldırdığı məsələyə münasibət gecikməyib. Siyəzən rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi tərəfindən yazılan cavabı sizə təqdim edirik: "Salam hörmətli vətəndaş. Məlumat üçün bildiririk ki, adı çəkilən ərazilər vaxtilə vətəndaşların pay torpaqları olmuşdur. Özəl şirkətlər tərəfindən əvəzi ödənilməklə vətəndaşlardan əldə edilən torpaqlarda Nazirlər kabinetinin razılığı alınmaqla Dövlət sifarişi əsasında (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi) həm ödənişli yolun, həm də Bakı Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun tikintisində istifadə etmək üçün materiallar istehsal olunur. Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən verilən rəsmi cavaba əsasən layihələr yekunlaşdıqdan sonra torpaqların rekultivasiya edilməsi nəzərdə tutulub". 

Ədil Ədilzadə

SABAHİNFO.AZ