Deputat zorakılıqdan danışdı

Paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edilməsi xəbəri məni dərindən sarsıtdı. Danışma və eşitmə imkanları məhdud olan azyaşlı uşaqlara qarşızorakılıq halları birmənalı olaraq cəzasız qalmamalıdır. Əminəm ki, bu qəbildən olan zorakılıq hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək, hadisənin törədilməsində günahkar olanlar isə cəzalandırılacaqlar.

Gələcəyimiz olan uşaqların reabilitasiya mərkəzlərində, eləcə də uşaq bağçalarında sağlam böyüməsi istiqamətində atdığımız hər bir addım bizim vətəndaşlıq borcudur. Bu kimi qəbuledilməz halların təkrarlanmaması və aradan qaldırılması üçün daha ciddi nəzarət mexanizmləri işlənib hazırlanmalıdır!

Könül Nurullayeva
Milli Məclisin deputatı