Son zamanlarda yağan aramsız yağışlar respublikanın müxtəlif bölgələrin, xüsusən də dağlıq ərazilərində ciddi fəsadlara yol açıb. Dağ çaylarının daşması nəticəsində bir sıra yaşayış məntəqlərini su basıb, yollar, körpülər dağılıb. Zamanında bu cür hadisələrin qarşısı istiqamətində işlərin görülməməsi daha ciddi fəlakətlərə yol açır.
Məsələ ilə bağlı “Ölkə.Az”a açıqlama verən deputat İqbal Məmmədov deyib ki, təhlükə mənbəyi olan dağ çaylarında qabaqlayıcı tədbrilər kimi sahilbərkitmə bəndlərinin və körpülərin tikilməsi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müracitə etməyimizə baxmayaraq bu günə qədər müsbət addımlar atılmayıb. “Əfsuslar olsun ki, bu istiqamətdə işlər görülməyib.
Təəssüf hisi ilə qeyd edirəm ki, oktyabrın əvvəlindən başlan yağışların intensivliyi nəticəsində Lerik və qonşu rayonlarda rayonunda dağ çaylarında yaranan güclü sel nəticəsində əhali tərəfindən düzəldilən kustar körpülər dağılıb. Yollar bağlanıb və nəticədə məktəblilər məktəbə gedə bilməmiş, sakinlərin evlərinə, təsərrüfatlarına külli miqdarda ziyan dəyib. Bir neçə yaşayış məntəqəsinin isə rayon mərkəzi ilə əlaqəsi kəsilib”- qeyd edib.
Deputat əlavə edib ki, digər təbii fəlakətlərdən fərqli olaraq aramsız yağışlar Lerik və dağ rayonlarında hər il payız, yaz aylarında baş verən hadisələrdir: “Belə olan halda, niyə biz axı oturub gözləməliyik ki, fəlakət baş verəcək və sonra ona baxıb, təəssüflənib, nəticələrini aradan qaldıraq. Axı vaxtında qabaqlayıcı tədbirlər görülsə, ziyanın aradan qaldırılmasından daha asan olar və ucuz başa gələr.
Təsəvvür edin Lerik rayonunun 2200 km kəndlərarası yolu olsa da, onun cəmi 120km hissəsi asfaltlanıb. Digər tərəfdən yol həm də bir ərazinin inkişafı və mədəniyyəti deməkdir. Lakin Lerikdə yolların bərbad vəziyyətdə olması, köropülərin olmaması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir. Bu cür problemlərin vaxtında həll olunmaması bir deputat kimi bizim də fəaliyyətimizə kölgə salır və etimadın zədlənməsinə gətirib çıxarır. Odur ki, aidiyyatı təşkilatlalr səslənib taleyeklü məsələlərdə bir az həssaslıq nümayiş etdirib, qeyd etdiyim məsələləri nəzarətdə saxlasalar yaxşı olar”.