Bu gün Braziliya Federativ Respublikasının müstəqillik günüdür. Manevr.az xəbər verir ki, Milli Məclisin depuratı, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli bu münasibətlə təbik və ürək sözlərini çatdırıb: "Bu gün Braziliya Federativ Respublikası müstəqillik əldə etməsinin 200 illiyini qeyd edir. Eyni zamanda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan və Braziliya arasında əlaqələr xalqlarımızın mənafeyi naminə dostluq və əməkdaşlıq üzərində inkişaf edəcək və genişlənəcək"', - deyə deputat qeyd edib.