Deputatlar Qüdrət Həsənquliyev və Fazil Mustafa Milli Məclisdə müzakirəyə çıxarılan “Fövqəladə vəziyyət haqqında” qanun layihəsinə qarşı çıxaraq, müzakirədən çıxarılmasını təklif edib.
Deputat Qüdrət Həsənquliyev müzakirəyə çıxarılan qanun layihəsinin vətəndaşların hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, Konstitusiyaya ziddir. “ Ziyafət müəllim bizə sosial xarakterli belə bir misal göstərsin ki, o zaman fövqəladə vəziyyət tətbiq etmək olar. Bu insan hüquqlarının məhdudlaşdırılmasına xidmət edir. Müzakirəyə çıxarılan qanun layihəsi xoşməramlı olsa da, hüquq sisteminin eybəcərlyini göstərir. Ona görə də qanun layihəsinə dəyişiklik dayandırılsın və çıxarılsın”- Həsənquliyev deyib.
Komitə sədri Həsənquliyevin qaldırdığı məsələrlə reaksiya verərək bildirib: “Qüdrət Həsənquliyev deyir ki, Ziyafət Əsəgrov misal göstərə bilər. Bəli, göstərə bilərəm. Koronavirus, pandemiya, quş qripi, donuz qripi, yanğın və sair”- o qeyd edib. Komitə sədri onu da əlavə edib ki, qanuna dəyişiklik Konstitusiyaya zidd deyil, əksinə onun tələblərinə uyğundur.