“Qohum evliliyi ilə bağlı qəbul etdiyimiz qanunla bağlı Qazaxıstanda iştirak etdiyim tədbirdə rəsmilər bildirdilər ki, biz neçə illərdir bu məsələni qaldırsaq da, parlamentə daşıya bilmirik. Bir çox hallarda biz bu qanunu müzakirə edəndə deyirdik ki, görəsən, əhali bunu necə qəbul edəcək...”
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən komitə iclasında bildirib.
“Əlbəttə cürbəcür fikirlər olacaq, amma xalq bunu yaxşı qəbul etdi. Bu istiqamətdə vacib işlər görüldü və hələ də görüləcək. Bu təbii prosesdir. Hamı istəyər ki, böyük dəyişikliklər olsun, amma hər bir məsələ yetişməlidir”, - Komitə sədri bildirib. /Qafqazinfo