Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY production”ın rəhbərinin kim olacağı müzakirə edilirdi.
Sabahinfo.az xəbər verir ki, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.
O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.
Qeyd edək ki, “SOY production” indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb. /Olay.az