Daxili İşlər Nazirliyi əməkdaşları Azərbaycanda din pərdəsi altında fəaliyyət göstərən daha bir cinayətkar qrupla bağlı əməliyyat keçirib.
Sabahinfo.az xəbər verir ki, əməliyyat zamanı 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.
Məlumata görə, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər. Din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.