DİN: “Ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq” - VİDEO

Daxili İşlər Nazirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Qurum paylaşımı “Facebook” sosial şəbəkə hesabında dərc edib.

“Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanırıq, onların şəhidliyinə görə fəxr edirik”.