Minlərlə İsrail vətəndaşı kimi ailəm və mən də saatlarla sığınacaqda qalmalıyıq.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "X"da paylaşıb.
"Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", - deyə qeyd olunub.
Diplomat bildirib ki, bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var.