ABŞ prezidenti Co Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “son çarə” kimi hərbi vasitələrə əl atmağa hazırdır.
Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli “Foreign Policy” nəşrinə bildirib.
“Prezident son çarə olaraq, İranın nüvə silahı əldə etməsinə mane olmaq məqsədilə hərbi ssenari ilə razılaşacağını söyləyib”, - deyə Malli bəyan edib.
O, bunun üçün lazımi vaxtın hələ yetişmədiyini də vurğulayıb.
Mallinin sözlərinə görə, ABŞ administrasiyası hələ də İran üçün mümkün nüvə silahı məsələsinin həllində diplomatiyaya üstünlük verir.