Dövlət Gömrük Komitəsi növbəti ilin planlarını açıqlayıb 

Dövlət Gömrük Komitəsi növbəti ilin planlarını açıqlayıb. 

Sabahinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinə mediatur zamanı qurumun əməkdaşları jurnalistlərə 2024-cü ilin hədəflərindən bəhs ediblər.

Bildirilib ki, gələn il Baş Gömrük İdarəsində elektron sistem yaradılması planlaşdırılıb:

“İnteqrə edilmiş zəng, SMS və elektron sistem yaratmağı planlaşdırırıq. Elektron müraciət köşkünün yaradılması da nəzərdə tutulur. Həmçinin elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayı minimuma endiriləcək”.