Oktyabrın 20-də Dövlət Gömrük Komitəsində ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə iki qurum arasındakı işgüzar münasibətlərdən bəhs olunub, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının əməkdaşların potensialının gücləndirilməsi baxımından Azərbaycan gömrüyünə göstərdiyi dəstək yüksək qiymətləndirilib, narkotik vasitələrin şərqdən-qərbə, xüsusilə Avropaya daşınmasına qarşı mübarizədə Azərbaycan gömrüyünün fəaliyyətinin önəmi qeyd olunub.
Həmçinin məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.