Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

DSX-dan Sabahinfo.az-a verilən məlumata görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.