"Azərbaycan Respublikası dövlət müstəqilliyini 103 il əvvəl 28 may 1918-ci ildə əldə edib. 23 il yaşamış Azərbaycan Xalq Cümuhuriyyəti müstəqil dövlətçilik atributlarını təsis etmiş, dünya ölkələri tərəfindən müstəqilliyimiz tanınıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, 1991-cı ildə isə SSRİ-nin dağılması bu ittifaqa daxil olan bütün respublikaların öz müstəqilliklərinə qovuşmasına gətirib çıxarıb: "Təbii ki, ittifaqın dağılması tarixi zərurət idi. İttifaqın dağılmasından sonra bütün respubikalar taleyin ümidinə buraxıldı və hər bir respublika özünün mütəqil yaşamasına addımlarını qoydu".
Deputat sözlərinə belə davam edib: "O cümlədən 30 avqust 1991-ci il tarixində Azərbaycan Ali Soveti də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Beləliklə 70 il əvvəl işğal olunmuş dövlət müstəqilliyimiz yenidən bərpa olundu. Dövlətçilik tariximizin hər mərhələsinin öz adı ilə adlandırılması daha doğrudur. Müstəqilliyimizə 28 may 1918-ci ildə, müstəqilliyimizin bərpasına isə 18 oktyabr 1991-ci ildə nail olmuşuq. Burada alternativ fikir olmamalı və 28 may Respublika günü kimi qeyd etməyimiz dövlətimizin böyük dövlətçilik tarixinin olmasının göstəricisi hesab edirəm"