DSMF bəzi şəxslərin pensiyalarının artmaması məsələsinə aydınlıq gətirib

Bəzi pensiyaçıların yanvar ayında pensiyalarında artım olmamasının səbəbi açıqlanıb.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Sabahinfo.az-a  bildirilib ki, artımlar sadəcə 200 manat məbləğində pensiya alanlara şamil edilib.

Qeyd edək ki, yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb. Artımlar 65 min pensiyaçını əhatə edib. Bunun üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq.