Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğında zərərçəkənlər evə buraxılıb.
TƏBİB-dən Sabahinfo.az-a verilən məlumata görə, qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, yanğında 14 nəfər tüstüdən zəhərlənmişdi.