Dünya əhalisi kasıblaşacaq

“Allianz” sığorta qrupunun analitikləri Ukraynada hərbi əməliyyatların yaratdığı qlobal böhran səbəbindən 2022-ci ilin sonuna qədər dünya əhalisinin rifahının real ifadədə 10 faiz aşağı düşəcəyini proqnozlaşdırıblar.

Hesablamalara görə, ev təsərrüfatlarının maliyyə aktivləri nominal ifadədə 2008-ci ildən bəri ilk dəfə olaraq 2 faiz azalacaq.

“Allianz” qeyd edib ki, 2019-cu ildən 2021-ci ilə qədər olan dövrdə dünya əhalisinin sərvəti davamlı olaraq 10,4 faiz (ümumilikdə 60 trilyon avro) artıb. 2021-ci ildə maliyyə aktivlərində ən böyük artım Yaponiyada (11,3 faiz), Şərqi Avropada (12,2 faiz) və Şimali Amerikada (12,5 faiz) qeydə alınıb. Sonuncu bölgə 294,240 avro adambaşına düşən ümumi maliyyə aktivi ilə dünyanın ən zəngin regionu olaraq qalıb.

Qeyd edək ki, ötən il dünya üzrə orta göstərici 41,980 avro olub.