Honkonqun məşhur üzən restoranı “Jumbo Floating Restaurant” şəhərdən çıxarıldıqdan sonra Cənubi Çin dənizində batıb.
Restoran Xişa adalarından keçərkən “əlverişsiz şəraitlə” qarşılaşıb. Məlumata görə, gəmiyə su dolub və o, çevrilməyə başlayıb.
Şirkət hadisə nəticəsində ölən olmadığını, lakin gəmini xilas etməyin də mümkünsüzlüyünü bildirib. Hadisə yerində dərinlik 1000 metrdən çox olduğu üçün xilasetmə işlərinin aparılması son dərəcə çətinləşib.
Təxminən 80 m uzunluğunda olan “Jumbo” 40 ildir, Honkonqun məşhur məkanlarından idi. Restoranın qonaqları arasında hətta Böyük Britaniya kraliçası II Elizabet də olub. Restoran dəfələrlə müxtəlif filmlərdə, o cümlədən Ceki Çanın iştirakı ilə çəkilmiş döyüş filmlərində nümayiş etdirilib. “Jumbo” eyni vaxtda 2300 qonağı qəbul edə bilirdi.