Planetdə ən böyük aysberq olan A23a Antarktida buzlağından ayrıldıqdan 30 il sonra ayda 150 kilometrdən çox sürətlə aktiv hərəkətə başlayıb.
Bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Aysberqin sahəsi təxminən 4170 kvadrat kilometrdir ki, bu da Sankt-Peterburqun ərazisindən iki dəfə çoxdur. Əvvəllər burada sovet mövsümi elmi bazası “Drujnaya-1” yerləşib.
O, 1986-cı ildə Antarktidadakı Filçner buzlağından digər iki nəhəng aysberqlə birlikdə parçalanaraq ayrılıb.
Hazırda aysberq Antarktida sahilləri boyunca Ueddel dənizində hərəkət edir. Alimlərin sözlərinə görə, aysberqin gələcəyi bir sıra amillərdən - axınların təsiri, sualtı relyefin çıxıntıları, meteoroloji vəziyyətlərdən asılıdır. Ekspertlər bildiriblər ki, aysberq şimala - balıqçı gəmisi marşrutlarına və ya gəmi yollarına aparılarsa, təhlükəli ola bilər.