"Rusiya jurnalisti Daria Duqinanın avtomobilinin partladılmasının arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. Ukraynanın bununla heç bir əlaqəsi yoxdur".
Sabahinfo.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Biz bu şəkildə işləmirik. Bizim oğlan və qızlarımızın yerinə yetirdiyi daha güclü tapşırıqlarımız var. Bizim o xanımın avtomobilinin partladılması ilə heç bir əlaqəmiz yoxdur. Bu, Rusiya xüsusi xidmət orqanlarının işidir", - deyə o bildirib.
Danilov qeyd edib ki, Aleksandr Duqin və qızı "xüsusi əməliyyat" adlanan işin sürətini tənqid ediblər, çünki onlar dərhal nəticə əldə etmək istəyirlər.
O, əlavə edib ki, Rusiya FTB artıq hökuməti tənqid edən insanları kənarlaşdırmağa başlayır.