Əbülfəs Qarayevin yeni vəzifəsi - Video

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda keçiriləcək.
 
ANS-in məlumatına görə, forum barədə detalları açıqlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizə gələcək qonaqların sayını da açıqlayıb:
 
"Gələn liin 25-27 aprelində BMT sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Bakıda keçiriləcək. Forumda 3 minə yaxın qonağın işitrakı gözlənilir. Gələcəyi gözlənilən qonaqlar içərisində tanınmış adamlar - siyasətçilər, alimlər, din və incəsənət xadimləri olacaq”.
 
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
 
Təşkilat Komitəsinə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev sədrlik edəcək.
 
Təşkilat Komitəsinin üzvləri:
 
Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
 
Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
 
İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
 
İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
 
Firuddin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
 
Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
 
Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
 
Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
 
Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
 
Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsi sədrinin müavini
 
Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
 
Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
 
Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-
Memarlıq Qoruğu İdarəsinin rəisi
 
Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi
 
Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
 
Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini
 
Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi