“Əgər pul tapsam...”

Əlbəttə ki, mən də yaradıcılıq gecəsi keçirmək istəyirəm.
 
Bu sözləri bəstəkar Nailə Mirməmmədli yaradıcılıq fəaliyyəti ilə bağlı Axar.az-a deyib.
 
Sənətçi yeni çəkilən 2 filmə musiqi bəstələdiyini də açıqlayıb: "Əlbəttə, mən də istəyirəm ki, yaradıcılıq gecəm təşkil olunsun. Sadəcə, maddi problemlər və bununla yanaşı bəzi işlərim var, onları yoluna qoymalıyam. Əgər pul tapsam, elə sabah bu tədbiri təşkil edərəm.
 
İndi bir qədər məşğulam, rejissor Kənan M.M-lə birgə adını açıqlamaq istəmədiyim iki yeni filmin musiqisi üzərində işləyirik. Bu bəstələr də hər zamankı kimi lirik janrda olacaq”.