Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi bioloji fəaliyyəti fonunda əhalinin müxtəlif növ yoluxucu xəstəliklərə yoluxma riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Patruşev Krasnodarda Cənub Federal Dairəsinin milli təhlükəsizliyin təmin edilməsinə dair müşavirdə bildirib.
“ABŞ-ın Rusiya sərhədləri yaxınlığında hərbi bioloji fəaliyyəti, o cümlədən yoluxucu xəstəliklərin patogenlərinin süni ocaqlarının yaradılması fonunda əhalinin təbii ocaqlı infeksiyalarla, o cümlədən müxtəlif yoluxucu xəstəliklərə yoluxma riskləri yüksəkdir”, - deyə RF Təhlükəsizlik Şurasının katibi vurğulayıb.