Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda şikayətə baxılıb.
Əjdər Cəbiyev məhkəməyə ərizə göndərib. O, kassasiya şikayətini geri götürüb.
Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Onun məhkəməsi 2 ildir davam edir.