Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Meşələrin mühafizəsi" layihəsinin icrasına dair hazırlıqlalara 1 iyun 2024-cü il tarixindən başlayıb. Bu haqda saytımıza Eko Aləm İctimai Birliyinin sədri Sevil xanım Yüzbaşeva məlumat verib.
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Hədsiz dərəcədə rəngarəng dendrofloraya malik olan Azərbaycan çox zəngin təbiət abidələri olan muzeyi xatırladır. Burada 4500-dən çox bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir.
Alimlər Azərbaycan Respublikasının 52 rayonunun 318 obyekt sahəsində 2500-dən çox ədəd nadir abidə ağacların, unikal meşəliklərin olması müəyyən etmişlər. Azərbaycan Respublikasının bir sıra digər ərazilərdə rast gəlinən təbiət abidələrin adı hələ də bu siyahıya düşməmişdir. Həmin abidələrdən yerlərdə biznes məqsədi ilə istıfadə edilir və lazım olduğu kimi mühafizə edilmir.
Layihə işi çərçivəsində Eko Aləm İctimai Birliyi Samux, Gəncə, Hacıkənd, Balakən, Katex, Zaqatala, Qax, Güllük kəndi, Day-Tanqıt kəndi, Qəbələ, Nic kəndi tayon, şəhər mərkəzləri və kəndlərində olan abidə hesab edilən, ağacların, xüsusən də yaşlı çinarların ekoloji vəziyyəti, pasport qeydiyyatı, onlardan biznes məqsədi istifadəsi halları araşdırılacaq vizual monitorinqlər keçirəcək, real vəziyyətlə bağlı çəkilişlər aparılacaq. Abidə qeydiyyatı olmayan ağaclar barədə məlumatlar toplanacaq, aidiyyatı qurumlata təqdim olunacaq.
Layihənin sonunda layihə fəaliyyətinin nəticəsi olaraq, elektron kataloq hazırlanacaq və Agentliklə razılaşdırıldıqdan sonra youtub kanalında yerləşdiriləcək. Monitorinqlərin nəticəsi olaraq Yekun Siyasət Sənədi hazırlancaq və aidiyyatı olan dövlət qurumlarına göndəriləcək. Bundan başqa geniş ictimaiyyətin diqqətinə çatdırılmaq üçün təşkilatın saytında yerləşdiriləcək.