Azərbaycanlı eko-aktivistlərin Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.
Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 74-cü günüdür.
Adəti üzrə bu növbəti günə də Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə başlayan aksiya iştirakçıları vətənpərvər ruhda mahnılar ifa ediblər.
Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına etiraz olunan aksiyada bunun dərhal dayandırılmasını tələb edilir.
Aksiyada “Sərvətlərimizin talanı dayansın!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Təbiətin milləti yoxdur!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirilir.
Qeyd edək ki, asiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.