2 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoymuşlar.
Trend-in məlumatına görə, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn edilmişlər.
Hərbi qulluqçuların ailələrinə baş çəkilmiş və baş sağlığı verilmişdir.