Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.
Sabahinfo.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
"VİP "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib", - bəyanatda deyilir.
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev idi.
Onu da bildirək ki, bununla da özünü buraxan partiyaların sayı 28-ə çatıb.
Fəaliyyətini dayandıran siyasi qurumlar aşağıdaklardır:
1. Qorqud Partiyası
2. Azərbaycan Kommunist Partiyası
3. Azərbaycan Tərəqqi Partiyası
4. Vahid Azərbaycan Milli Birlik Partiyası
5. Aydınlar Partiyası
6. Müstəqil Xalq Partiyası (MXP)
7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
8. Yeni Yol Partiyası
9. Azərbaycan Respublikaçılar Partiyası
10. Müstəqil Azərbaycan Partiyası
11. Azərbaycan Vahid Kommunist Partiyası
12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)
13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)
14. Milli Vəhdət Partiyası (MVP)
15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)
16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
17. Azərbaycan Təkamül Partiyası
18. Birlik Partiyası
19. Azərbaycan Azad Respublikaçılar Partiyası
20. Milli Konqres Partiyası
21. Vətənpərvərlər Partiyası
22. Vətəndaş Birliyi Partiyası
23. Milli Demokrat-İdrak Partiyası
24. Milli Həmrəylik Partiyası
25. Sosial Ədalət Partiyası (SƏP)
26. Cümhuriyyət Xalq Partiyası (CXP)
27. Azərbaycan Libeal Partiyası
28. Vətəndaş və İnkişaf Partiyası