Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət etdi

“Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-də İkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Ə.Əsədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev qəzada həlak olan ekipaj üzvlərinin məzarlarına gül dəstələri qoyublar.