Avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.
Bu barədə Sabahinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qırğızıstan Prezidenti Sadır Japarov Baş nazir Əli Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamlayıb.
Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan Prezidentinə çatdırıb.
Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxunub.