Əli Məsimli Şəkidə görüşlər keçirdi 

Avqustun 11-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyasını Şəkinin Şin, Baş Layısqı, Cunud və Qumux kəndlərinin seçiciləri ilə görüşlərlə davam etdirdi. Görüşlərdən öncə Aşağı Layskı kəndində yerləşən şəhidlər xiyabanı ziyarət edildi.

Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Əli Məsimli Milli Məclisdəki fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumat verdi və seçiciləri yeni platformasının əsas məqamları ilə tanış etdi. Əli Məsimli bildirdi ki, etimad göstərildiyi təqdirdə yenə də islahatçı mövqe sərgiləyəcək və onun parlament fəaliyyətində seçicilərlə görüş zamanı qaldırılan məsələləri Milli Məclis tribunasından səsləndirilməsi prioritet təşkil edəcək.

 Görüşlərin gedişində Əli Məsimli seçicilərin sual və təkliflərinə münasibət bildirib.

Sonda Əli Məsimli seçiciləri sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak eməyə və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət etdən islahatlara öz səsləri ilə dəstək olmağa çağırdı.