"Əlillərin məşğulluğunu dəstək" adlı layihə Şamaxı rayonunda uğurla həyata keçirilib

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək“ adlı layihəni 13.08.2024-cü il tarixində Şamaxı rayonunda uğurla həyata keçirmişdir. 
Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdir.
Tədbirdə şəhid ailələri, qazilər, əlillər və ailə üzvləri, Şamaxı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səbuhi Həsənov, Dağlıq Şirvan Regional Məşğulluq Filialının şöbə müdiri Elvin Rüstəmov, Dağlıq Şirvan Regional Məşğulluq Filialının əməkdaşı İbrahim İbrahimov, Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin Şamaxı rayon Şöbəsinin sədri Qəndaf Gəncəliyevavə Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov  iştirak etdilər.
Tədbiri layihə rəhbəri Xədicə Mikayılova açaraq iştirakçıları salamladı və Əlillərin məşğulluğuna dəstək“ layihəsi barədə geniş məlumat verdi.
Daha sonra Dağlıq Şirvan Regional Məşğulluq Filialının şöbə müdiri Elvin Rüstəmov, Dağlıq Şirvan Regional Məşğulluq Filialının əməkdaşı İbrahim İbrahimov,Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin Şamaxı rayon Şöbəsinin sədri Qəndaf Gəncəliyevaölkədə əlillərlə, həssas qruplarla aparılan  məşğulluq proqramlarından və görülən işlərdən söz açdılar.
Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov bu kimi layihələrin əhəmiyyətindən danışdı və qeyd etdi ki, belə layihələr dövlətin vətəndaşlara, xüsusi ilə əlillərə olan qayğısının həm də təbliğidir.
Daha sonra layihə barədə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda Şamaxı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səbuhi Həsənov Xədicə Mikayılovaya belə bir əhəmiyyətli və maarifləndirici tədbirin məhz Şamaxı rayonunda keçirdiyinə görə minnətdarlığını bildirdi.
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədriXədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək“ layihəsinin icrasına  kömək göstərdiyinə görə Şamaxı Rayon İcra Hakimiyyətinə, Dağlıq Şirvan Regional Məşğulluq Filialına minnətdarlığını bildirdi.
Layihə rəhbəri eyni zamandaAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Əlillərin məşğulluğuna dəstək“ layihəsini maliyyələşdirdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdirdilər.