"O səs Türkiyə"nin yarımfinalında azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb. Trend-in məlumatına görə, Elnur musiqisi Tofiq Quliyevə, sözləri Rəsul Rzaya məxsus "Yalqızam yalqız" əsərini ifa edib. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk səsvermədə "altılıq"da yer alıb. Şərtlərə əsasən, ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər. Bu dəfə isə E.Hüseynov Sertab Erenerin repertuarından "Vur yüreğim" mahnısını səsləndirib. Azərbaycanlı iştirakçı növbəti səsvermə nəticəsində final dördlüyünə vəsiqə qazanıb. O, sabah final gecəsində qalib olmaq üçün yarışacaq.
Qeyd edək ki, bütün iştırakçılar və münsiflər heyəti bir neçə gün əvvəl qətlə yetirilən Özgecan Aslanın xatirəsinə ehtiram əlaməti olaraq verilişə qollarında sarğı ilə çıxıblar.