Emin Əmrullayev Qvineya səfiri ilə görüşüb

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Qvineya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kande ilə görüşüb.

Bu barədə Sabahinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.