Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatındakı qərargahımızda növbəti dəfə seçicilərimizi qəbul etdik, vətəndaşlarla görüşümüz oldu. Şəhərimizin sakinləri ilə görüş zamanı onların müraciət və təkliflərini dinləyib, qayğıları ilə maraqlandım.
Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, işlə təminat, əlillik vəziyyətinin qiymətləndirilməsi və digər məsələrlə bağlı oldu.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapdı, digər müraciətlər isə deputat səlahiyyətlərimiz çərçivəsində nəzarətə götürülərək həll edilməsi üçün aidiyyati qurumlarla əlaqə yaradıldı.
Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad İsmayılova görüşdə iştirakına görə təşəkkür edirəm. Vətəndaşlara hüquqi yardım daima diqqətimzdədir.
Emin Hacıyev
Milli Məclisin deputatı